Millimiz İsveçə məğlub oldu.

Oxunma sayı: 119
28-03-2023, 02:29

Millimiz İsveçə məğlub oldu.
Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ikinci matçına çıxıb.

Üç gün əvvəl Avstriyada 1:4 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri bu dəfə İsveçin qonağı olub. Görüşdə hesab ilk yarının sonlarında açılıb. Emil Forsberq meydan sahiblərini sevindirib.

İkinci hissədə skandinaviyalılar daha amansız olub. İsveç yığması 45 dəqiqəyə daha 4 qol vuraraq 5:0 hesabı ilə qalib gəlib. Öncə Bəhlul Mustafazadə avtoqola üzülüb, ardınca Viktor Gyekereş müdafiədəki səhvlərdən yararlanıb. Meydana sonradan daxil olan Yesper Karlsen və Anthoni Elanqa isə son dəqiqələrdə qol sevinci yaşayıb. Beləliklə, millimiz seçmə mərhələnin startında ardıcıl ikinci dəfə böyük hesabla uduzub – 0:5.

Qeyd edək ki, F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.

Paylaş
Xəbər lentİ