AVRO-2024: Türkiyə Xorvatiyaya məğlub oldu, İspaniya Şotlandiyada şok yaşadı

Oxunma sayı: 112
29-03-2023, 07:50

AVRO-2024: Türkiyə Xorvatiyaya məğlub oldu, İspaniya Şotlandiyada şok yaşadı
AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.

Arasdırma.info xəbər verir ki, son oyun günündə üç qrupda ümumilikdə 7 matç keçirilib.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi Xorvatiyanı qəbul edib. Qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyanın qollarına Mateo Kovaçiç 20 və 45+4-cü dəqiqələrdə imza atıb.

A qrupunun favoriti İspaniya Şotlandiyanın qonağı olub. Bu görüşdə sürpriz nəticə qeydə alınıb. İspanlar gözlənilmədən 0:2 hesablı məğlubiyyətlə üzləşiblər.

Şotlandiyanın hər iki qolunu Skot Maktominey vurub.//Cahantv.az

Paylaş
Xəbər lentİ