Bundesliqa: "Bavariya" səfərdə, "Borussiya" evdə qələbə qazandı

Oxunma sayı: 116
8-04-2023, 22:27

Bundesliqa: "Bavariya" səfərdə, "Borussiya" evdə qələbə qazandı
Almaniya Bundesliqasında XXVII turun oyunları keçirilir.

Arasdırma.info xəbər verir ki, lider “Bavariya” “Frayburq”un qonağı olub. Görüş Münhen klubunun minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 52-ci dəqiqədə Mateys de Lixt vurub.

“Bavariya” 58 xalla vahid liderdir. “Frayburq” 47 xalla 4-cü pillədə qərarlaşıb.

Münhen klubunun ən yaxın izləyicisi “Borussiya” “Union”u sınağa çəkib. Qarşılaşma dortmundluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Donyel Malen və Yussufa Mukokonun qollarına qarşı tərəfdən yalnız Kevin Behrens cavab verə bilib.

“Borussiya” 56 xalla 2-ci, “Union” 51 xalla 3-cüdür.//Cahantv.az

Paylaş
Xəbər lentİ