Çempionlar liqasıı,Mançester və İnter qalib gəldi

Oxunma sayı: 127
12-04-2023, 08:37

Çempionlar liqasıı,Mançester və İnter qalib gəldi
Ötən gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Arasdırma.info xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu öz meydanında Almaniyanın “Bavariya” klubunu qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Rodri (27-ci dəqiqə), Bernardu Silva (70) və Erlinq Holand (76) vurublar.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 19-u Münhendə keçiriləcək.

Portuqaliyanın “Benfika” klubu öz meydanında İtaliyanın “İnter” klubunu qəbul edib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Oyunda qolları Nikolo Barella və Romelu Lukaku vurub.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 19-u Milanda keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final
11 aprel

Benfika (Portuqaliya) – İnter (İtaliya) 0:2
Qol: Barella, 51. Lukaku, 82-pen.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Lissabon. “Estadio da Luz”.

Mançester Siti (İngiltərə) – Bavariya (Almaniya) 3:0
Qol: Rodri, 27. B.Silva, 70. E.Haland, 77.
Baş hakim: Xesus Mansano (İspaniya).
Mançester. “Etihad” stadionu.

Paylaş
Xəbər lentİ