“Beşiktaş” “Atletiko”ya qalib gəldi

Oxunma sayı: 127
13-04-2023, 00:15

“Beşiktaş” “Atletiko”ya qalib gəldi
Türkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Arasdırma.info xəbər verir ki. məlumata görə, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Daha əvvəl “Qarabağ” Bakıda Türkiyə “Qalatasaray”ı ilə xeyriyyə matçı (1:2) keçirib.//Cahantv.az

Paylaş
Xəbər lentİ