Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar

Oxunma sayı: 118
15-04-2023, 21:26

Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar.

Arasdırma.info xəbər verir ki,"Report"un məlumatına görə, böyüklərdən ibarət millinin üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova komanda hesabında birinci olublar.

Bundan əlavə, bu gün başa çatan fərdi çoxnövçülük proqramında Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medala layiq görülüb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı Azərbaycanın gənclərdən ibarət qrup komandasının üzvləri isə çoxnövçülük proqramında gümüş medal qazanıblar.

Qeyd edək ki, "AGF Trophy" beynəlxalq turniri aprelin 16-dək davam edəcək.
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar
Azərbaycan gimnastları "AGF Trophy"də qızıl və gümüş medallar qazanıblar

Paylaş
Xəbər lentİ