İngiltərə çempionatının XXXI turunun matçında "Liverpul" "Lids Yunayted"i darmadağın edib.
Publika.az xəbər verir ki, "Lids"in ev sahibi olduğu görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”un heyətində Məhəmməd Salah (39 və 64-cü dəqiqələr) və Dioqo Jota (52 və 73-cü dəqiqələr) dubllarla, habelə Kodi Qakpo (35-ci dəqiqə) və Darvin Nunes (90) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu Luis Sinisterra (47-ci dəqiqə) vurub.
"Liverpul" İngiltərə Premyer Liqasında 4 matçlıq qələbəsizlik seriyasını (2 məğlubiyyət və 2 heç-heçə) başa vurub. Komanda sonuncu dəfə martın 5-də çempionatda qalib olub (“Mançester Yunayted”lə oyun - 7:0).
Yurgen Kloppun yetirmələri 47 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Lids” 29 xalla 16-cı yerdədir.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70