Sərgən Yalçın İstanbula qayıtdı - “Neftçi” ilə razılaşma əldə olunmayıb

Oxunma sayı: 105
22-06-2023, 21:32

Sərgən Yalçın İstanbula qayıtdı - “Neftçi” ilə razılaşma əldə olunmayıb
“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.

Arasdırma.info xəbər verir ki,bu barədə "Qafqazinfo"ya onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib: “Hazırda hava limananındayıq, dönürük. İndi üçün anlaşma olmadı”.

Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.

Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. Rəhbərlik Sərgən Yalçını hələ də daha aşağı maaşa razı salmağa çalışır.

Paylaş
Xəbər lentİ