“Qarabağ”ın 5 milyona satdığı legioner də Rusiyadan qaçmağa hazırlaşır?

Oxunma sayı: 120
25-06-2023, 08:13

“Qarabağ”ın 5 milyona satdığı legioner də Rusiyadan qaçmağa hazırlaşır?
Rusiyada çıxış edən əcnəbi futbolçular ölkəni tərk etməyə hazırlaşırlar.

Arasdırma.info xəbər verir ki, onları bu addımı atmağa vadar edən baş verən iğtişaşlardır.

Bildirilib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə, Premyer Liqa klublarının legionerləri yaxın günlərdə Rusiyadan ayrılacaqlar. Hazırda istirahətdə olan oyunçular isə qayıtmaq barədə düşünmürlər.

“Qarabağ”ın barziliyalı legioneri bu ilin yanvarında “Krasnodar”a transfer olunub. Vinger 5 milyon avro qarşılığında ora yollanıb.

Rusiyada ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüşlər bir çox tədbirlərin ləğvinə səbəb olub.//sportinfo.az

Paylaş
Xəbər lentİ