Gürcüstanın U-21 millisindən tarixi uğur

Oxunma sayı: 100
28-06-2023, 21:53

Gürcüstanın U-21 millisindən tarixi uğur
Gürcüstanın U-21 millisi gənclər arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

Arasdırma.info xəbər verir ki, qonşu ölkənin yığması bu gün qrupda son oyununu keçirib. Niderlandla 1:1 hesablı heç-heçə edən komanda 5 xalla A qrupunu lider kimi başa vurub.

Bununla da Gürcüstanın U-21 millisi tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə - 1/4 finala yüksəlib. 4 xalla qrupda 2-ci olan Portuqaliya da pley-off-da oynamaq hüququ qazanıb. Niderland 3 xalla qrupda 3-cü, Belçika isə 2 xalla sonuncu olub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı Gürcüstan və Rumıniyada keçirilir./\qol.az

Paylaş
Xəbər lentİ