Çempionlar Liqası: "Makkabi"dən darmadağın, "Ferentsvaroş" Farer adaları klubu ilə bacarmayıb

Oxunma sayı: 98
12-07-2023, 07:55

Çempionlar Liqası: "Makkabi"dən darmadağın, "Ferentsvaroş" Farer adaları klubu ilə bacarmayıb
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 10 görüş keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Cübüllütariqdə "Linkoln"u 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa "Rakuv"u və Estoniya "Flora"sı isə Çenstoxovada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin ən böyükhesablı nəticəsi Maltada qeydə alınıb İsrailin "Makkabi" (Hayfa) komandası yerli "Hamrun"un qapısından 4 cavabsız top keçirib.

Macarıstan çempionu "Ferentsvaroş" isə Farer adalarında "Klaksvik"in müqavimətini qıra bilməyib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00. “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) - 0:1
Qol: Matey Seniç, 89

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Kike Qomes, 25 - Redon Cica, 58. Yassin Benzia, 90+4

20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) - 0:0

22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) - 2:1
Qollar: Mustafa Nukiç, 42. Ruy Pedru, 74 - Meissa Diop, 87

22:00. “Rakuv” (Polşa) - “Flora” (Estoniya) - 1:0
Qol: Vladislav Koçergin, 54

22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) - 0:4
Qollar: Fratsdi Pyero, 41; 64. Din David, 45+3. Anan Xalaili, 85

22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar: Meriton Korenitsa, 45+1. Kendrim Ziba, 55

22:45. "Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) - 0:1
Qol: Damir Muminoviç, 39

22:45. “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) - 0:0

22:45. “Partizani” (Albaniya) - BATE (Belarus) - 1:1
Qollar: Tedi Tsara, 66 - Dmitri Antilevski, 58

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

Paylaş
Xəbər lentİ