"Qarabağ" Şahruddinə İngiltərədən əvəzləyici tapdı

Oxunma sayı: 93
29-07-2023, 02:41

"Qarabağ" Şahruddinə İngiltərədən əvəzləyici tapdı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.



Ağdam təmsilçisinin əsas "çərçivə qoruyucusu" Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.



Sfera.az-ın məlumatına görə, "Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.



"Atlılar" Çempionşip təmsilçisində çıxış edən 30 yaşlı qolkiperi Şahruddin Məhəmmədəliyevə əvəzləyici olaraq görür.

Paylaş
Xəbər lentİ