Tofiq Musayevdən sonra Vüqar Kərəmov da qələbə qazandı

Oxunma sayı: 90
1-08-2023, 09:12

Tofiq Musayevdən sonra Vüqar Kərəmov da qələbə qazandı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura imza atıblar.

Arasdırma.info xəbər verir ki, təmsilçilərimiz Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.

Hər iki döyüşçümüz Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Tofiq yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Vüqar yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. İdmançımız 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.//Sportal.az

Paylaş
Xəbər lentİ