Çempionlar Liqası: “Qarabağ” “Rakuv” səddini keçə bilmədi:

Oxunma sayı: 81
3-08-2023, 00:59

Çempionlar Liqası: “Qarabağ” “Rakuv” səddini keçə bilmədi:
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

Arasd;rma/info xəbər verir ki, Azərbaycan çempionu Polşada 3:2 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün məğlubu olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ