Ərəblər Azərbaycan klubuna 300 min ödədi - SÜRPRİZ TRANSFER!

Oxunma sayı: 80
7-08-2023, 08:29

Ərəblər Azərbaycan klubuna 300 min ödədi - SÜRPRİZ TRANSFER!
"Sabah"ın düşərgəsində baş verən şok ayrılıq barədə xəbər vermişdik.

Belə ki, komandanın liderlərindən biri olan Con Leys Mikels buradan ayrılıb.

Səudiyyə Ərəbistandan yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişməyə qərar verib.

Keçidlə bağlı yeni məlumatlar əldə etmişik.

Bu transferdən təkcə vinger yox, həm də Azərbaycan klubu bir xeyli qazancaq əldə edəcək.

Düzdü, baş məşqçi Murad Musayev bu keçidə qarşı olub. O, istedadlı yetirməsinin gedişinə razılaşmayıb. Amma rəhbərlik çalışdırıcının istəyin qarşılaya bilməyib.

Paylaş
Xəbər lentİ