Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib

Oxunma sayı: 82
9-08-2023, 08:06

Çempionlar Liqası: “Qalatasaray” Sloveniya klubunu darmadağın edib
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Arasdırma.info xəbər verir ki, ilk oyun günündə altı oyun baş tutub.

Artıq məlum olduğu kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə Yunanıstanda AEK-i arasındakı matç təxirə salınıb.

Turun maraqlı görüşlərindən biri Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”la Sloveniya “Olimpiya”sı arasında keçirilib. Lyublyanada baş tutan oyun “Cim-Bom”un 3:0-lıq qələbəsilə yekunlaşıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ