“Neftçi” Bakıda “Beşiktaş”a məğlub oldu

Oxunma sayı: 82
11-08-2023, 08:45

“Neftçi” Bakıda “Beşiktaş”a məğlub oldu
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Arasdırma.info xəbər verir ki, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib.
Bakılılar “Neftçi Arena” adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.
“Beşiktaş” fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə “Neftçi” qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və “Neftçi” Bakıda “Beşiktaş”a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.bakupost

Paylaş
Xəbər lentİ