Millimizin sabiq üzvü VƏFAT ETDİ - FOTO

Oxunma sayı: 73
26-08-2023, 17:07

 Millimizin sabiq üzvü VƏFAT ETDİ - FOTO
Azərbaycan futboluna ağır itki üz verib.

Arasdırma.info Cahantv.az-a istinadən xəbər verir ki, milli komandanın sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.

Son olaraq “Səbail”də çıxış edən Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirmişdi.

Mərhum futbolçu karyerası ərzində “Rəvan”, AZAL, “Karvan”, “Zirə” kimi klublarda çıxış edib.

Qeyd edək ki, o, millinin heyətində də olub və doqquz oyunda forma geyinib.

 Millimizin sabiq üzvü VƏFAT ETDİ - FOTO

Paylaş
Xəbər lentİ