Çempionlar Liqasının qrup mərhələsinə yüksələn bütün klublar

Oxunma sayı: 83
31-08-2023, 08:30

Çempionlar Liqasının qrup mərhələsinə yüksələn bütün klublar
Çempionlar Liqasının qrup mərhələsinə yüksələn UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin son 3 pley-off oyunu keçirilib.

Arasdırma/info oyunlarda qeydə alınan nəticələri təqdim edir:

AEK (Yunanıstan) – “Antverpen” (Belçika) - 1:2 (ilk oyun 0:1);

“Kopenhagen” (Danimarka) – “Rakuv” - (Polşa) - 1:1 (ilk oyun 1:0);

PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 5:1 (ilk oyun 2:2).

Səkkiz qrupa bölünəcək turnirin əsas mərhələsində ümumilikdə 32 komanda iştirak edəcək. Hər kvartetdən ilk iki yeri tutan komanda pley-off mərhələsinə yüksələcək. Qrup mərhələsinin ilk oyunları sentyabrın 19-da baş tutacaq. Püşkatma avqustun 31-də keçiriləcək.

Turnirin hazırkı qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Barselona” və “Sevilya”, İtaliyanın “Napoli”, Almaniyanın “Bavariya”, Fransanın PSJ, Portuqaliyanın “Benfika” və Niderlandın “Feyenoord” klubları birinci səbətə düşüb. İkinci səbətdə İspaniyanın “Real”ı və “Atletiko”, İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, Almaniyanın “Leypsiq” və Dortmunddan “Borussiya”, İtaliyanın “İnter”i və Portuqaliyanın “Portu” klubları yer alıb. Üçüncü səbətdə İtaliyanın “Milan” və “Latsio”, Ukraynanın “Şaxtyor”, Avstriyanın “Zalsburq”, Portuqaliyanın “Braqa”, Serbiyanın “Srvena Zvezda”, Niderlandın PSV və Danimarkanın "Kopenhagen" klubları yer alıb. Dördüncü səbətdə İngiltərənin "Nyukasl", Almaniyanın "Union", İspaniyanın "Real Sosyedad", Fransanın "Lans", Türkiyənin "Qalatasaray", Şotlandiyanın "Seltik", İsveçrənin "Yanq Boyz", Belçikanın "Antverpen" klubları yer alıb.

Paylaş
Xəbər lentİ