İtaliya A Seriyasının VII turunda “İnter” “Salernitana”nın qonağı olub.
Arasdırma.info xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin böyük hesablı qələbəsilə başa çatıb - 0:4.
Hər dörd qolu Lautaro Martines vurub. 54-cü dəqiqədə meydana çıxan argentinalı forvard 62, 77, 85 (pen.) və 89-cu dəqiqələrdə fərqlənərək pokerə imza atıb.
L.Martines bu göstərici ilə A Seriyasının tarixinə düşüb. O, yarışda qələbəyə görə üç xalın verildiyi periodda, yəni 1994/95 mövsümündən bəri meydana sonradan çıxıb dörd qol vurmağı bacaran ilk oyunçu ünvanını qazanıb.
Qələbədən sonra xallarını 18-ə çatdıran “İnter” birinci pillədədir. “Milan”ın da eyni sayda xalı var. “Salernitana” isə üç xalla 18-cidir.//Cahantv.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70