“Atletiko” evdə, “Şaxtyor” səfərdə qələbə qazandı

Oxunma sayı: 106
4-10-2023, 23:48

“Atletiko” evdə, “Şaxtyor” səfərdə qələbə qazandı
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Atletiko Madrid” - “Feyenoord” (Rotterdam) oyunu ev sahiblərinin üstünlüyü ilə başa çatıb.

E qrupunun rəqibləri İspaniyanın Madrid şəhərindəki “Sivitas Metropolitano” stadionunda qarşılaşıblar.

“Atletiko” rəqibindən 3 xal almağı bacarıb - 3:2. Moratanın dublu və Qrizmanın qolu komandaya qələbə qazandırıb.
Eyni hesabla yekunlaşan Belçikanın “Antverpen” və Ukraynanın “Şaxtyor” klubları arasındakı oyunda isə sevinən tərəf qonaqlar olub -2:3

Paylaş
Xəbər lentİ