Azərbaycan millisi böyük hesabla məğlub oldu

Oxunma sayı: 70
20-11-2023, 01:07

Azərbaycan millisi böyük hesabla məğlub oldu
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Arasdırma.info xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya 1 xalla sonuncu yeri tutub.//report

Paylaş
Xəbər lentİ