"Dinamo"dan Mahir Emreli ilə bağlı mühüm qərar

Oxunma sayı: 46
22-12-2023, 09:07

"Dinamo"dan Mahir Emreli ilə bağlı mühüm qərar
"Dinamo" (Zaqreb) Mahir Emreli ilə yolları ayırmaq istəyir.

Arasdırma.info xəbər verir ki, bu məlumatı "slobodnadalmacija.hr" saytı yayıb. Xorvatiya təmsilçisi Azərbaycan millisinin üzvünü transferə çıxaracaq. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil. Məhz bu səbəbdən də klub rəhbərliyi Mahiri satmaq niyyətindədir.

Qeyd edək ki, "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi olan Mahir bu mövsüm 22 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. //"Offsideplus.az"

Paylaş
Xəbər lentİ