Şeydayevin komandasından növbəti qələbə

Oxunma sayı: 50
7-01-2024, 08:43

Şeydayevin komandasından növbəti qələbə
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Arasdırma.info xəbər verir ki, sözügedən komanda 6-cı turdan təxirə salınmış oyunda “Banqkok Yunayted”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Buriram Yunayted” hazırda 30 xalla 2-ci pillədə qərarlaşıb.//fanat.az

Paylaş
Xəbər lentİ