"Əl-Nəsr" "İnter Mayami"ni darmadağın etdi

Oxunma sayı: 49
2-02-2024, 02:59

"Əl-Nəsr" "İnter Mayami"ni darmadağın etdi
Portuqaliyalı ulduz Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Lionel Messinin formasını geyindiyi ABŞ-ın “İnter Mayami” klubu arasında yoldaşlıq görüşü keçirilib.

Arasdırma.info xəbər verir ki, zədə səbəbindən Ronaldonun çıxış etmədiyi görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

“Əl-Nəsr” rəqibinin qapısından 6 cavabsız top keçirib.

Meydan sahiblərinin heyətində Anderson Taliska het-trik edib. Digər qolları isə Otavio, Laporte və Marran rəqib qapısından keçiriblər.

Qeyd edək ki, “İnter Mayami”ə Lionel Messi qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxıb.//Publika

Paylaş
Xəbər lentİ