Azərbaycan kikboksçusu nigeriyalı rəqibinə qalib gəldi -VİDEO

Oxunma sayı: 30
10-03-2024, 01:30

Azərbaycan kikboksçusu nigeriyalı rəqibinə qalib gəldi -VİDEO
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan “Glory” Qran-prisində rəqibi nigeriyalı Tariq Osaro üzərində qələbə qazanıb.

Arasdırma.info xəbər verir ki, 1/4 final mərhələsində keçirilən döyüş azərbaycanlı idmançının üstünlüyü şəraitində keçib.

Bəhram Rəcəbzadə yarımfinalda Levi Reyters (Niderland) - Uku Djurzendal (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, “Glory” Qran-prisinin mükafatı 500 000 ABŞ dollardır.

Paylaş
Xəbər lentİ