UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub

Oxunma sayı: 117
8-05-2024, 07:39

UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Arasdırma.info xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.

Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.//report

Paylaş
Xəbər lentİ