150 milyon avroluq futbolçu Vinisus Junior zirvədədir.VİDEO

Oxunma sayı: 60
3-06-2024, 21:49

150 milyon avroluq futbolçu Vinisus Junior zirvədədir.VİDEO
"Real Madrid"in vingeri Vinisius Junior 2023/2024 mövsümü üçün UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.

Arasdırma.info xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətinin "X" sosial şəbəkə hesabında məlumat verilib.

Son Çempionlar Liqasında braziliyalı 10 oyun keçirib, bu oyunlarda altı qol vurub və beş məhsuldar ötürmə edib. Vinisius "Real Madrid"lə birlikdə finalda "Borussiya Dortmund"a 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Vinisius "Real Madrid"ə 2018-ci ilin iyulunda "Flamenqo"dan keçib. Transfer məbləği 45 milyon avro olub.

Bu mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.//oxu

Paylaş
Xəbər lentİ