Almaniya Yunanıstana son dəqiqə qolu ilə qalib gəldi

Oxunma sayı: 19
8-06-2024, 09:16

Almaniya Yunanıstana son dəqiqə qolu ilə qalib gəldi
AVRO-2024-ə hazırlıq xarakteri daşıyan yoldaşlıq görüşündə Yunanıstan seçməsi ilə qarşılaşan Almaniya millisi rəqibi minimal hesabla məğlub edib.

Arasdırma.info xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüş almaniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.

Almaniya millisi görüşdə son dəqiqə qolu ilə qalib gəlib.

Qeyd edək ki, Yunanıstan millisi iyun ayının 11-də Malta seçməsi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Almaniya millisi daha öncə Ukrayna seçməsi ilə qarşılaşdığı görüşdə qolsuz bərabərliyə razılaşıb.//Cahantv.az

Paylaş
Xəbər lentİ