AVRO-2024: İspaniya 1/8 finala yüksəlib

Oxunma sayı: 54
21-06-2024, 07:39

AVRO-2024: İspaniya 1/8 finala yüksəlib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.

Arasdırma.info xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.

İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupundakı xalını 6-ya çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.//Cahantv.az

Paylaş
Xəbər lentİ