İspaniya 4-cü dəfə Avropa çempionu oldu

Oxunma sayı: 68
15-07-2024, 03:48

İspaniya 4-cü dəfə Avropa çempionu oldu
Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu olub.

Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə, İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.

Paylaş
Xəbər lentİ