“Qalatasaray” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

Oxunma sayı: 48
28-08-2024, 08:29

“Qalatasaray” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” İsveçrənin “Yanq Boyz” komandasını qəbul edib.

Arasdırma.info xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb – 0:1.

Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.
Bununla da “Qalatasaray” Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.//lent.az

Paylaş
Xəbər lentİ