Millətlər Liqası: Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı

Oxunma sayı: 26
6-09-2024, 08:07

Millətlər Liqası: Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı

UEFA Millətlər Liqasında qrup mərhələsi görüşlərinə start verilib.

Arasdırma.info xəbər verir ki, ilk oyun günündə Azərbaycan - İsveç görüşündən başqa daha səkkiz matç keçirilib.

Gecənin ən maraqlı qarşılaşmalarından biri Portuqaliya ilə Xorvatiya arasında baş tutub. Prineylilərin hücumçusu 39 yaşlı Kriştianu Ronaldu doğma azarkeşləri önündə 900-cü qolunu vuraraq yeni rekorda imza atıb. Qarşılaşma 2:1 hesabı ilə portuqalların xeyrinə başa çatıb.


Digər görüşlərdə San-Marino tarixində ilk dəfə rəsmi matçda qələbə qazanıb. Cırtdan ölkənin seçmə komandası evdə Lixtenşteynə minimal hesabla qalib gəlib - 1:0. Slovakiya isə səfərdə eyni nəticə ilə Estoniyanı məğlub edib - 0:1.

Serbiya - İspaniya və Belarus - Bolqarıstan matçlarında hesab açılmayıb - 0:0.

Polşa səfərdə Şotlandiya üzərində qələbəni son saniyələrdə qazanıb - 2:3.

Həmçinin, Şimali İrlandiya Lüksemburqdan, Danimarka eyni hesabla İsveçrədən üstün olub - 2:0.

//Cahantv.az

Paylaş
Xəbər lentİ