Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olunub

Oxunma sayı: 3
Bu gün, 17:43

Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olunub
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Arasdırma.info qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

E.Məmmədovun müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.

Azərbaycanlı funksioner noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Elxan Məmmədov 2007-2022-ci illər aralığında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti postunda çalışıb.//report

Paylaş
Xəbər lentİ