Mahir Emrelinin derbidə vurduğu gözəl qolun - Videosu

Oxunma sayı: 11
Dünən, 23:40

Mahir Emrelinin derbidə vurduğu gözəl qolun - Videosu
Hazırda Almaniya 2-ci bundesliqasında 9-cu turun oyunları keçirilir.

Arasdırma.info xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşıb.


Emreli start heyətdə meydana çıxıb.
13-cü dəqiqədə M.Emreli təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. 18 və 34-cü dəqiqələrdə “Nürnberq” Tzimasnıb qolları ilə daha 2 dəfə fərqlənib. 87-ci dəqiqədə qonaqlar Şlyaymerin qolu ilə matçda son nöqtəni qoyublar - 4:0.

62-ci dəqiqədə Emreli Benjamin Qollerlə əvəzlənib.

Bu qələbə sayəsində "Nürnberq" xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.

Paylaş
Xəbər lentİ