“France Football” təqvim ilinin sonunda planetin ən yaxşı futbolçusuna verilən 2024-cü ilin “Qızıl top” mükafatının qalibinin adını açıqlayıb. Kuboku “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri götürüb.
Arasdırma.info xəbər verir ki,Rodri nüfuzlu 2024-cü ilin ən yaxşı oyunçusu seçilib. 28 yaşlı ispaniyalı ilk dəfə bu kuboku alıb və ona mükafatı Corc Vea təqdim edib.
2024-cü ildə əldə etdiyi nailiyyətlər arasında: “Mançester Siti” ilə İngiltərə çempionu titulunu, Klublararası Dünya Kubokunu qazandı və İspaniya millisinin tərkibində Avro 2024-ün qalibi oldu.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70