“Qızıl oğlan” mükafatının sahibi bəlli olub

Oxunma sayı: 479
27-11-2019, 21:14

“Qızıl oğlan” mükafatının sahibi bəlli olub
Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi bəlli olub.

AArasdırma.infonun məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.

20 yaşlı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. Almaniya "Borussiya"sında formasını geyinən ingiltərəli Ceydon Sanço (175 səs) ikinci, Almaniya "Bayer"indən Kay Haverts 75 səslə üçüncü olub.

Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirib. Report

Paylaş
Xəbər lentİ