"Qarabağ" - "Düdelanj" matçına nə qədər bilet satılıb?

Oxunma sayı: 514
9-12-2019, 17:41

"Qarabağ" - "Düdelanj" matçına nə qədər bilet satılıb?
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin sonunvu - VI turunda Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Arasdırma.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də keçiriləcək oyuna 3 gün qalmış cəmi 5 min bilet satılıb.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də start götürəcək.

Paylaş
Xəbər lentİ