Dünya çempionatı: Bürünc medalların sahibi müəyyənləşdi

Oxunma sayı: 327
12-02-2021, 04:43

Dünya çempionatı: Bürünc medalların sahibi müəyyənləşdi
Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.

Aarasdırma.infonun məlumatına görə, bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.

Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.

Qeyd edək ki, turnirin final matçı bu gün Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.//report

Paylaş
Xəbər lentİ