“Qarabağ” “Səbail”lə bacarmadı, “Qəbələ” “Sumqayıt”a uduzdu - VİDEO

Oxunma sayı: 270
16-04-2021, 19:37

“Qarabağ” “Səbail”lə bacarmadı, “Qəbələ” “Sumqayıt”a uduzdu - VİDEO
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Səbail” lider “Qarabağ”ı qəbul edib. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağa çalışsa da, bu oyundan xal itkisi ilə ayrılıb.

İlk oyun gününün digər matçı “Sumqayıt”la “Qəbələ” arasında baş tutub. Sumqayıtlılar bu oyunda inamlı qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası
23-cü tur
16 aprel

“Səbail” – “Qarabağ” 1:1
Qollar: A.Yunanov, 38-pen – U.Matiç, 42


“Sumqayıt” – “Qəbələ” - 2:0
Qollar: R.Sadıxov, 66. Ə.Qurbani, 75

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Paylaş
Xəbər lentİ