“Mançester Siti” İngiltərə Liqasının Kubokunu qazandı.VİDEO

Oxunma sayı: 317
25-04-2021, 20:06

“Mançester Siti” İngiltərə Liqasının Kubokunu qazandı.VİDEO
Mançester Siti" klubu İngiltərə Liqası Kubokunun finalında Londonun "Tottenhem" komandasına qalib gəlib.

Arasdırma.info xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

Matç Londonun "Uembli" stadionunda keçirilib. “Londonlular”ın qapılarına yeganə qolu Emerik Laport vurub.

Beləliklə, “Mançester Siti” səkkizinci dəfə İngiltərə Liqasının Kubokunu udub. Qeyd edək ki, “Liverpul” da eyni göstəriciyə imza atıb.

"Mançester Siti" aprelin 28-də Fransanın "Pari Sen-Jermen" komandası ilə qarşılaşacaq.//report

Paylaş
Xəbər lentİ