"Mançester Siti" PSJ ni məğlub etdi.

Oxunma sayı: 344
29-04-2021, 04:40

"Mançester Siti" PSJ ni məğlub etdi.
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

"Report"un məlumatına görə, Fransada PSJ ilə qarşılaşan İngiltərənin "Mançester Siti" komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71



Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)

Paylaş
Xəbər lentİ