Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı

Oxunma sayı: 305
30-04-2021, 04:39

Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirib.

Arasdırma.info xəbər verir kli, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə təslim olan Məmmədyarov yarımfinal mərhələsinə uğursuz start verib.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə yarımfiinala heç-heçə ilə başlayıb. Dünya çempionu Ermənistan şahmatçısı Levon Aronyanla 2:2 hesablı sülhə razılaşıb.

Yarımfinalın digər görüşləri bu gün keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.//publika

Paylaş
Xəbər lentİ