"Brügge" növbəti dəfə Belçika çempionu oldu

Oxunma sayı: 305
21-05-2021, 07:33

"Brügge" növbəti dəfə Belçika çempionu oldu
"Brügge" komandası vaxtından əvvəl Belçikanın futbol üzrə çempionatının qalibi olub.

Arasdırma.info xəbər verir ki, bu, "Anderlext"lə matçdan sonra olub.

Brüsselin "Konstant van den Stok" stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

"Brügg"nin heyətində Hans Vanaken dubl edib, daha bir qolu isə Noa Lanq öz hesabına yazıb. "Anderlext"də Lukas Nmeça iki dəfə fərqləqnb, üçüncü qolu Yakob Larsen rəqib komandanın qapısından keçirib.

Beləliklə, "Brügge" mövsümün sonuna qədər çempion titulunu rəsmiləşdirib. Komanda 44 xal yığıb. Çempion ən yaxın təqibçisi "Genk"i 3 xal qabaqlayır.

Qeyd edək ki, "Brügge" ardıcıl ikinci dəfədir Belçika çempionu olur.//report

Paylaş
Xəbər lentİ