“Qəbələ”də 8 yerli yol üstündə – ADLAR

Oxunma sayı: 283
21-05-2021, 22:27

“Qəbələ”də 8 yerli yol üstündə – ADLAR
Mövsümü uğursuz nəticələrlə tamamlayan “Qəbələ” heyətində ciddi dəyişikliklərə əl atacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bir neçə yerli futbolçu ilə tezliklə yollar ayrılacaq.

Baş məşqçi Elmar Baxşıyev əsasən heyətə düşməkdə çətinlik çəkən oyunçularla vidalaşmağı, onların əvəzinə akademiyadan istedadlı gəncləri komandaya cəlb etməyi planlaşdırır.

Müdafiəçilər Sadiq Quliyev, Rasim Ramaldanov, Yusif Nəbiyev, həmçinin yarımmüdafiəçilər Kamal Mirzəyev, Roman Hüseynov, Cavid Hüseynov, İdris İnqilablı və Ehtiram Şahverdiyevlə başa çatan müqavilələrinin yenilənməməsi nəzərdə tutulub. Siyahının daha da genişlənməsi istisna deyil.

Qeyd edək ki, Premyer Liqada 26 xal toplayan “Qəbələ” mövsümü 7-ci pillədə tamamlayıb.

Paylaş
Xəbər lentİ