“Mercedes” Bakıda “Red Bull”a qarşı etiraz iddiası qaldıra bilər

Oxunma sayı: 310
24-05-2021, 09:41

“Mercedes” Bakıda “Red Bull”a qarşı etiraz iddiası qaldıra bilər
Formula 1”də çıxış edən “Mercedes” komandasının rəhbəri Toto Volf bəyan edib ki, Azərbaycan Qran-prisi zamanı “Red Bull”a qarşı etiraz iddiası qaldıra bilər.

“Racingnews365” resursunun məlumatına görə, almlanlar rəqib komandanın bolidlərinin arxa qanadından narazıdırlar.

“Əgər bu qanad Bakıda “Red Bull”a üstünlük gətirsə, əvvəlcə stüartlara, bu da kifayət etməsə, Beynəlxalq Avtomobil Federasiyasının appelyasiya məhkəməsinə müraciət edəcəyik”, - deyə Volf bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində Bakıda keçiriləcək.

Paylaş
Xəbər lentİ