Millimiz Belarus yığmasını məğlub etdi.VİDEO

Oxunma sayı: 311
3-06-2021, 01:58

Millimiz Belarus yığmasını məğlub etdi.VİDEO
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Arasdırma.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra Azərbaycan millisi oyuna nəzərat etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə millidə debüt edib.

Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda "Qarabağ"ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.

Paylaş
Xəbər lentİ