Azərbaycan Qran-prisində ard-arda qəza - Foto

Oxunma sayı: 275
5-06-2021, 17:27

Azərbaycan Qran-prisində ard-arda qəza - Foto
Formula-1 üzrə Azərbaycan Qran-prisində növbəti qəzalar baş verib.

Arasdırma.info xəbər verir ki, "Aston Martin"in pilotu Lens Stroll sıralama turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb.

Daha sonra onun təkərində problem aşkarlanıb və qırmızı bayraq qaldırılıb. Nəticədə yarış müvəqqəti dayanmalı olub.

Bundan başqa, "Alfa Romeo" pilotu Antonio Covinatsi də sıralama turunda qəza törədib.

O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış ikinci dəfə müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

Paylaş
Xəbər lentİ