İngiltərə və Xorvatiyadan heç-heçə, İsveç qalib gəldi - Yenilənib

Oxunma sayı: 257
19-06-2021, 06:19

İngiltərə və Xorvatiyadan heç-heçə, İsveç qalib gəldi - Yenilənib
Avro-2020-nin qrup mərhələsi davam edir.

Arasdırma.info xəbər verir ki, bu gün 3 matç keçirilib.

E qrupunda Slovakiya İsveçlə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Daha iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.

İngiltərə millisinin isə növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin etmə şansı olsa da, komanda Şotlandiya ilə heç-heçə etməklə bundan yararlana bilməyib - 0:0.

Qeyd edək ki, turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.


18 iyun

Avro-2020

2-ci tur


D qrupu

23:00. İngiltərə - Şotlandiya - 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu

20:00. Xorvatiya - Çexiya - 1:1
Qollar: Patrik Şik, 37-pen (0:1), Perişiç, 48 (1:1)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu//qol.az

Paylaş
Xəbər lentİ