İngiltərə qrup birincisi oldu, Xorvatiya və Çexiya 1/8 finalda - VİDEO

Oxunma sayı: 343
23-06-2021, 05:02

İngiltərə qrup birincisi oldu, Xorvatiya və Çexiya 1/8 finalda - VİDEO
Avro-2020-nin qrup mərhələsi davam edir.

Arasdırma.info xəbər verir ki, 12-ci oyun günündə 3-cü turun 2 matçı keçirilib.

D qrupunda Çexiya İngiltərə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. İngiltərə bu qələbə ilə xalını 7-yə yüksəldib və qrup 1-cisi olub. Xorvatiya isə Şotlandiya ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn Xorvatiya 4 xalla Çexiyanı top fərqində qabaqlayaraq 1/8 finala yüksəlib.

Çexiya isə qrupu 3-cü pillədə tamamlayıb. Buna baxmayaraq, Çexiya millisi də qruplarında üçüncü yeri tutan Ukrayna və Finlandiya yığmalarından daha çox xal topladığı üçün turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, İngiltərə 1/8 finalda F qrupunun 2-cisi, Xorvatiya E qrupunun 2-cisi, Çexiya isə Niderland, Belçika və ya E qrupunun qalibi ilə qarşılaşacaq.

Avro-2020, 3-cü tur

D qrupu

23:00. Çexiya - İngiltərə - 0:1
Qol: Sterlinq, 12
Baş hakim: Artur Diaş (Portuqaliya)
London. "Uembli" stadionu

23:00. Xorvatiya - Şotlandiya - 3:1
Qollar: Vlaşiç, 17 (1:0), Makqreqor, 42 (1:1), Modriç, 62 (2:1), Perişiç, 77 (3:1)
Baş hakim: Fernando Rapallini
Qlazqo. "Hempden Park" stadionu
Avro-2020-nin D qrupunda keçirilən Xorvatiya - Şotlandiya matçından (3:1) hazırlanmış videoicmalı sizə təqdim edirik:


Paylaş
Xəbər lentİ